...

Arif Hacılı gələn həftə Avropa Məhkəməsinə şikayət verəcək

Siyasət Materials 29 Noyabr 2005 17:44 (UTC +04:00)

"Azadlıq" blokunun 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa vahid namizədi, Müsavat Partiyası başqanının müavini Arif Hacılı gələn həftə Avropa Məhkəmsinə şikayət verəcək. Bu barədə Trend ə Arif Hacılı özü məlumat verib.

Qeyd edək ki, Arif Hacılı Mərkəzi Seçki Komissiyasının 110 saylı Zaqatala seçki dairəsinin nəticələrinin ləğv olunması barəsində qərarından şikayət verib. O, MSK-nın həmin qərarının ləğv olunmasını və özünün bu dairədə seçkinin qalibi elan edilməsini tələb edir. Arif Hacılının bu şikayətini Apellyasiya Məhkəməsi və Ali Məhkəmə təmin etməyib. Arif Hacılı bu məhkəmələrin qərarından noyabrın 28-də Konstitusiya Məhkəməsinə şikayət verib.

Arif Hacılı deyib ki, Konstitusiya Məhkəməsi qanunla dekabrın 4-dək parlament seçkilərinin yekuunlarına dair qərar çıxarmalıdır. Konstitusiya Məhkəməsi A.Hacılının şikayətinə həm ayrıca baxıb qərar çıxara bilər. Həmçinin də parlament seçkilərinin ümumi nəticələrinə baxılarkən A.Hacılının şikayəti təmin edilə bilər. Çünki onun şikayəti namizəd olduğu dairə üzrə seçkinin nəticələri ilə bağlıdır. Arif Hacılı deyib ki, əgər Konstitusiya Məhkəməsi şikayətə baxmasa, gələn həftə Avropa Məhkəmsinə müraciət edəcək. Onun sözlərinə görə, hazırda Avropa Məhkəməsinə şikayət hazırlanır.

Xəbər lenti

Xəbər lenti