...

Dövlət Komissiyası narkomanlığın yayılmasına qarşı maarifləndirmə tədbirləri həyata keçirir

Siyasət Materials 29 Noyabr 2005 18:20 (UTC +04:00)

Noyabrın 30-da Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mubarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə Gəncə şəhərində narkomanlığın yayılmasına qarşı maarifləndirmə tədbiri keçiriləcək. Bu barədə Trend ə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mubarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Tədbir Narkotik vasitələr, psixotrop maddələr və prekupsorsların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Dekbarın 6-da isə Dövlət Komissiyasının təşəbbüsü ilə Masallıda "Yeniyetmə və gənclər arasında narkomanlığın profilaktikasına dair" tədbir keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti