...

ANAMA təşkilatı Ağstafa rayonunda yeni layihə həyata keçirir

Siyasət Materials 29 Noyabr 2005 18:51 (UTC +04:00)

Ağstafa rayonunun Saloğlu kəndinin ətrafında patlamamış hərbi sursatların təmizlənməsi üçün ANAMA təşkilatında yeni qrup yaradılıb. 30 nəfərdən ibarət olan bu qrup əsasən Saloğlu kəndinin sakinlərindən ibarətdir. Bu gün həmin layihənin açılış mərasimi keçirilib. Qeyd edək ki, bu layihədə diqqəti çəkən əsas məqamlardan biri NATO-nun ilk dəfə olaraq mülki təşkilat ilə əməkdaşlığ aparmasıdır.

Layihədə Ağstafa rayonunun Saloğlu kəndi ərazisində 5 miylon kvadrat metrlik ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi nəzərdə tutulub. İl yarım üçün nəzərdə tutulan layihə çərçivəsində 30 nəfərdən ibarət yeni qrupa iki ay ərzində xüsusi təlimlər keçiriləcək. Ümumilikdə, layihə üçün 1 047 649 min avro vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti