...

Azərbaycanın Dövlət Sərhəd Xidməti 5 xarici vətəndaşı saxta sənədlərlə saxlayıb

Siyasət Materials 29 Noyabr 2005 20:47 (UTC +04:00)

Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları insan alveri, qanunsuz miqrasiya, dövlət sərhəddini saxta və ya digər şəxslərə məxsus sənədlərlə keçmək ciddi mübarizə aparır.

Trend in məlumatına görə, DSX-nin noyabrın 29-da yayılan məlumatında bildirilir ki, aparılan operativ-axtarış tədbirləri nəticəsində təxminən saat 09.30-da dövlət sərhəddini saxta sənədlərlə keçməyə cəhd göstərən 5 xarici vətəndaş saxlanılıb. 1970-ci il təvəllüdlü Xalıqova Nilufər Xumayovna, 1962-ci il təvəllüdlü Məmmədcanova Gumaqil Yuldaşovna, 1979-cu il təvəllüdlü Toçiyeva Nərgiz Sadıqovna, Səlimova Nadirə Dursunəliyeva, və Dehnolova Nərgiz Məhəmmədcanova "Bakı-Ankara" reysi ilə uçmağa çalışaraq özlərini Qırğızıstan vətəndaşı kimi qələmə verməyə çalışıblar. Onlar saxlanılaraq dindiriliblər. Sənədlər laboratoriyaya göndərilib.

Sənəddə bildirilir ki, laboratoriyada baxış zamanı bu şəxslərin təqdim etdikləri sənədlərin saxta olduqları aşkar edilib. O da məlum olub ki, bu şəxslər Qırğızıstan deyil, Özbəkistan vətəndaşlarıdır. Saxta sənədlər $100-250 Özbəkistan bazarından alınıb. Onların məqsədi Avropa ölkələrinə mühacirət etmək olub. Bu faktla bağlı DSX -nin istintaq bölməsi təhqiqat aparır.

Xəbər lenti

Xəbər lenti