...

"Sərhədsiz reportyorlar" Azərbaycanın daxili işlər nazirini jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün mümkün olan hər şeyi etməyə çağırıb

Siyasət Materials 30 Noyabr 2005 12:18 (UTC +04:00)

"Sərhədsiz reportyorlar" təşkilatı (Reporters Without Borders) Azərbaycanın daxili işlər naziri Ramil Usubovu yerli və xarici jurnalistlərin təhlükəsizliyinin təmin olunması üçün mümkün olan hər şeyi etməyə çağırıb. Trend in xəbər verdiyi kimi, bu barədə təşkilatın Bakıda 26 noyabr hadisələrilə bağlı bəyanatında bildirilir.

Bəyanatda qeyd edilir ki, "Azadlıq" müxalifət blokunun aksiyasının dağıdılması zamanı müxtəlif KİV orqanlarını təmsil edən 12 jurnalist xəsarət alıb. Bir çox müxbirlər isə aksiyanı dağıdan polisləri çəkərkən hücuma məruz qalıb. "Aksiya zamanı KİV nümayəndələrinin böyük əksəriyyətində döş vəsiqəsi olmuş, jurnalistlərin bir hissəsi isə Azərbaycan Mətbuat Şurasının tünd-göy rəngli jiletini geyinmişdi", - deyə bəyanatda nəzərə çatdırılır.

"Aksiyanın keçirilməsi üçün ayrılmış vaxtın başa çatmasına baxmayaraq iştirakçıların könüllü surətdə dağılışmaması faktı zorakılığa əl atmaq hüququ vermir. İstənilən şəraitdə jurnalistlərə qarşı zorakılıq yol verilməzdir və bunu yalnız söz azadlığının pozulması kimi qiymətləndirmək olar".

Xəbər lenti

Xəbər lenti