...

QAT fəalları Fransa səfirliyini "yumurta atəşinə" tutub

Siyasət Materials 30 Noyabr 2005 13:15 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəal üzvü noyabrın 30-da saat 12:10 radələrində Fransanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyasına cəhd göstərib. Təşkilatdan Trend ə bildirilib ki, QAT fəalları səfirliyin binasına yaxınlaşıblar, lakin polis əməkdaşları onların tədbir keçirməsinə imkan verməyib. Aksiya iştirakçıları Fransa səfirliyinin qapı-pəncərələrini yumurta atəşinə tutub. Aksiyanın qarşısının alınması zamanı QAT-çılarla polislər arasında qarşıdurma yaranıb. 3 nəfər aksiya iştirakçısı - QAT sədrinin birinci müavini Firidun Məmmədov, QAT Gənclər Şurasının sədri Mürsəl Həsənov və üzvü Nemət Şahverdiyev həbs olunub.

Polislər etiraz aksiyasının qətnaməsinin səfirliyə təqdim olunmasına imkan verməyib. Bir neçə dəqiqə ərzində QAT fəalları səfirliyin binası qarşısından uzaqlaşdırılıb, ərazidə sabitlik bərpa olunub.

Xəbər lenti

Xəbər lenti