...

QAT fəalları ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib

Siyasət Materials 30 Noyabr 2005 14:17 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəal üzvü noyabrın 30-da saat 13:00 radələrində ABŞ-ın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyasına cəhd göstəriblər. Trend in məlumatına görə, QAT fəalları səfirliyin binasına yaxınlaşmağa çalışıblar, keçirdikləri aksiyanın qətnaməsini oxuyublar. Sonra qətnaməni ABŞ səfirliyinə təqdim ediblər. İcazəsiz aksiyanın dağıdılması zamanı polislə QAT-çılar arasında qarşıdurma yaranmayıb. Aksiya iştirakçılarından bir nəfər - Nəbiyev Xəyyam həbs olunaraq Nəsimi rayon 21-ci polis bölməsinə aparılıb. Bir neçə dəqiqə ərzində QAT fəalları səfirliyin binası qarşısından uzaqlaşdırılıb, ərazidə sabitlik bərpa olunub.

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı Qarabağ probleminin sülh yolu ilə nizamlanması prosesinə cəlb olunmuş ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiyanı Azərbaycanın milli maraqlarına zidd və qeyri-obyektiv mövqe nümayiş etdirməməyə çağırır. QAT hesab edir ki, həmsədr dövlətlərinin Qarabağdakı erməni separatçıları ilə hər hansı formada "dostluğunu" rəsmiləşdirməsi danışıqlar prosesinə və münaqişənin obyektiv nizamlanmasına zərbədir.

QAT-çıları etiraz aksiyası keçirməyə də ABŞ-ın Kaliforniya ştatının Montebello şəhərinin hazırda terrorçu yuvasına çevrilmiş Xankəndi (Stepanakert) ilə "qardaşlaşmaq" təşəbbüsü vadar edib.

Xəbər lenti

Xəbər lenti