...

QAT fəalları Rusiya səfirliyi qarşısında aksiya keçirib

Siyasət Materials 30 Noyabr 2005 15:09 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəalı noyabrın 30-da saat 14.00 radələrində Rusiyanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Trend in məlumatına görə, QAT fəalları səfirliyin binasına yaxınlaşmağa çalışıblar, Qarabağla bağlı tələb və şüarlar səsləndiriblər. Aksiyanın izacəsiz olmasına baxmayaraq, piketin qarşısının alınması zamanı QAT-çılarla polislər arasında qarşıdurma yaranmayıb. Bu aksiyada həbs edilən olmayıb. Bir neçə dəqiqə ərzində QAT fəalları səfirliyin binası qarşısından uzaqlaşdırılıb, ərazidə sabitlik bərpa olunub. Piketin qətnaməsi Rusiya səfirliyinə faks vasitəsilə göndərilib.

Qeyd edək ki, QAT noyabrın 30-da Fransa və ABŞ-ın səfirlikləri qarşısında da etiraz aksiyası keçirməyə cəhd göstərib. QAT-ı etiraz aksiyaları keçirməyə ABŞ-ın Kaliforniya ştatının Montebello şəhərinin hazırda terrorçular yuvasına çevrilmiş Xankəndi (Stepanakert) ilə "qardaşlaşmaq" təşəbbüsündə olması vadar edib. QAT fəalları Qarabağ probleminin sülh yolu ilə nizamlanması prosesinə cəlb olunmuş ATƏT-in Minsk qrpunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiyanın Azərbaycanın milli maraqlarına zidd və qeyri-obyektiv mövqe nümayiş etdirməməyə çağırır. QAT hesab edir ki, həmsədr dövlətlərinin Qarabağdakı erməni separatçıları ilə hər hansı formada "dostluğunu" rəsmiləşdirməsi danışıqlar prosesinə və münaqişənin obyektiv nizamlanmasına zərbədir.

Xəbər lenti

Xəbər lenti