...

Lənkəranın İcra hakimiyyəti müşavirə keçirib

Siyasət Materials 30 Noyabr 2005 15:13 (UTC +04:00)

Lənkəranda rayonun İcra hakimiyyətinin başçısı Zeynal Nağdəliyevin sədrliyi ilə müşavirə keçirilib. Trend bildirir ki, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafına dair fərmanının yerinə yetirilməsi çərçivəsində görülən işlər və nöqsanlar xüsusilə qeyd olunub.

İcra hakimiyyyətinin başçısı bununla bağlı öz qeydlərini bildirib və problemlərin aradan qaldırılması və həlli ilə bağlı olaraq təxirəsalınmaz işlərin həyata keçirilməsi üzrə tapşırıqlar verib. Həmçinin müşavirədə "Azərbaycan gəncliyi" dövlət proqramının icrası üzrə görülən işlər barədə məlumat verilib.Qeyd olunub ki, rayonda gənclərin daha səmərəli və məqsədəuyğun fəaliyyətinin təmin edilməsi üçün tədbirlər planı hazırlanıb.

Müşavirənin yekunlarına əsasən, Lənkəran İcra hakimiyyətinin başçısı idarələr, müəssisələr və QHT ilə birgə səylərlə yenidən tədbirlər planının işlənib-hazırlanmasını tapşırıb. O, vurğulayıb ki, sənəddə bu istiqamətdə problemlərin həlli üzrə bütün məsələlər öz əksini tapmalıdır.

Xəbər lenti

Xəbər lenti