...

Bakı kəndlərində bu həftə nəzərdə tutulmuş etiraz aksiyaları keçirilməyəcək

Siyasət Materials 30 Noyabr 2005 16:36 (UTC +04:00)

6 noyabr parlament seçkilərinin nəticələrinə etiraz olaraq Bakının kəndlərində nəzərdə tutulan etiraz aksiyaları keçirilməyəcək. Bu barədə Trend ə "Azadlıq" blokunun 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi, Müsavat Partiyası başqanının müavini Rauf Arifoğlu məlumat verib.

Qeyd edək ki, Rauf Arifoğlunun namizəd olduğu dairənin ərazisinə daxil olan Bakı kəndlərində bu həftə etiraz aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdu. Rauf Arifoğlunun seçiciləri, həmin kəndlərin sakinləri 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunmasını tələb edirlər.

R.Arifoğlu bildirib ki, bu həftə Bakıda müxalifətin ümumrespublika mitinqi keçiriləcək və bu səbəbdən kəndlərdə aksiyaların təşkil olunmasını məqsədəuyğun hesab etmir. Məqsəd 3 dekabrda keçiriləcək ümumrespublika aksiyasından diqqəti yayındırmamaqdır. 3 dekabr aksiyasının Bakı Şəhər İcra Hakimiyyətinin cavabından asılı olaraq keçirilib-keçirilməyəcəyinə gəldikdə, R.Arifoğlu deyib ki, "Azadlıq" bloku hansı qərarı versə, onu da dəstəkləyəcək. O, həmçinin, bu mitinqin oturaq olub-olmayacağı barədə də blokun qərar verəcəyini və özünün buna tabe olacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti