...

Rumıniya səfiri: Rumıniyadan olan müşahidəçilər Azərbaycanda parlament seçkiləri prosesində ciddi qanun pozuntuları aşkar etməyiblər

Siyasət Materials 30 Noyabr 2005 16:36 (UTC +04:00)
Rumıniya səfiri: Rumıniyadan olan müşahidəçilər Azərbaycanda parlament seçkiləri prosesində ciddi qanun pozuntuları aşkar etməyiblər

Azərbaycanda keçirilən parlament seçkilərinin gedişini izləyən Rumıniyadan olan müşahidəçilər seçkilərin nəticələrinə təsir göbstərə biləcək qanun pozuntuları aşkara çıxarmayıblar. Trend in məlumatına görə, bu barədə noyabrın 30-da Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, seçkilərin nəticələri ilə bağlı Rumıniyanın mövqeyi Avropa Birliyinin mövqeyi ilə uyğundur və Avropa Şurasının prinsiplərinə də cavab verir. Diplomatın sözlərinə görə, seçkiləri Rumıniyadan XİN, parlament və QHT sektorundan müşahidəçilərin 3 nümayəndə heyəti müşahidə edib. "Rumıniya müşahidəçiləri tərəfindən ciddi pozuntular aşkar edilməyib", - deyə səfir bildirib.

Diplomat Azərbaycandakı seçkiləri Gürcüstandakı seçkilərlə müqayisə edib. Onun sözlərinə görə, Azərbaycanda seçkilər qonşu Güurcüstandakı parlament seçkilərinin ikinci turuna nisbətən daha demokratik keçib.

Xəbər lenti

Xəbər lenti