...

Əli Əhmədov: "Seçkilərdə YAP-ın səs qazanmayan heç bir üzvü partiya sıralarını tərk etməyib"

Siyasət Materials 30 Noyabr 2005 16:53 (UTC +04:00)

"2005-ci il 6 noyabr parlament seçkilərində Yeni Azərbaycan Partiyasından (YAP) səs qazana bilməyən namizədlərin heç biri partiya sıralarını tərk etməyib". Bu barədə Trend ə YAP-ın icra katibi Əli Əhmədov bildirib.

Qeyd edək ki, "Azadlıq" blokunun liderləri seçkilərdə məğlubiyyətlə üzləşən YAP üzvlərinin əksəriyyətinin partiya sıralarını tərk edərək onların keçirdikləri mitinqlərə qoşulduğunu bəyan ediblər.

Ə.Əhmədov isə bildirib ki, parlament seçkilərində səs qazana bilməyən YAP üzvlərinin əksəriyyəti seçkilərin demokratik keçirilməsi ilə bağlı bəyanata imza atıblar: "Bu da onu göstərir ki, onlar partiyadan incik düşməyiblər. Əksinə seçkilərdən sonra partiyaknın sıraları daha da genişlənib".

Xəbər lenti

Xəbər lenti