...

26 noyabr mitinqində baş verənləri Xüsusi Komissiya araşdıracaq

Siyasət Materials 30 Noyabr 2005 17:22 (UTC +04:00)

Müxalifətin 26 noyabr mitinqində baş verənləri Xüsusi Komissiya araşdıracaq. Trend xəbər verir ki, bu barədə noyabrın 30-da "Azadlıq" bloku və Milli Birlik Hərəkatının hüquq-müdafiə təşkilatları ilə keçirdiyi görüşdə qərara alınıb.

Xüsusi Komissiyanın rəhbəri hüquq müdafiəçisi Sahib Məmmədov seçilib. Komissiyanın tərkibində hüquq müdafiəçiləri, hüquqşünaslar fəaliyyət göstərəcək. Görüşdə çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu saxlanma yeri dəqiq bilinməyən 17 nəfərlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edildiyni bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli isə bildirib ki, 26 noyabrdan sonra müxalifətin seçki saxtakarlığına etirazı yeni mərhələyə qədəm qoyub: "ABŞ səfirliyinin noyabrın 26-da verdiyi bəyanat birmənalı olub. Ancaq bir neçə gün sonra Dövlət Departamenti sözçüsünün seçki saxtakarlıqlarının araşdırılması ilə bağlı müsbət işlər barədə dediklərini anlamadım".

Xəbər lenti

Xəbər lenti