...

Ali Məhkəmə Həsən Kərimovun şikayətini təmin etməyib

Siyasət Materials 30 Noyabr 2005 18:43 (UTC +04:00)

Noyabrın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Əli Rüstəmovun sədrliyi ilə 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Həsən Kərimovun kassasiya şikayətinə baxılıb. Bu barədə Trend ə AXCP-nin mətbuat xidmətindən məlumat verilib.

AXCP-nin (i) sədr müavini Həsən Kərimov seçkilərdən dərhal sonra həmin seçki dairəsində qanun pozuntuları baş verməsi ilə əlaqədar Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin Apellyasiya Məhkəməsi təqdim olunmuş faktları araşdırandan sonra Həsən Kərimovun şikayətini təmin etməyib. Belə olan halda N.Kərimov Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmənin hakimi Əli Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Həsən Kərimovun şikayəti bir daha araşdırılıb və nəticədə məhkəmə qərara alıb ki, şikayət təmin edilməsin.

Xəbər lenti

Xəbər lenti