...

MDB ölkələrinin müdafiə nazirləri Birləşmiş radiasiya, kimyəvi və bioloji kəşfiyyat sisteminin yaradılmasına dair saziş layihəsini təsdiq edib

Siyasət Materials 1 Dekabr 2005 11:24 (UTC +04:00)

MDB ölkələri müdafiə nazirləri Şurası Birləşmiş radiasiya kəşfiyyatı sisteminin yaradılmasına dair saziş layihəsini təsdiq edib. Trend İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Birlik ölkələri müdafiə nazirləri Şurası iclasının yekunları üzrə hərbi nümayəndə heyətində bildirilib.

"İclas iştirakçıları MDB ölkələri müdafiə nazirlərinin radiasiya kəşfiyyatı sahəsində qarşılıqlı təsirin təşkili və Birləşmiş radiasiya, kimyəvi və bioloji şəraitin aşkar edilməsi sisteminin yaradılmasına dair saziş layihəsini təsdiq edib" -deyə həmsöhbət bildirib.

Hələlik Birlik dövlətlərinin ərazisində yalnız bir Birləşmiş sistem - MDB ƏHQ fəaliyyət göstərir. Bunun möhkəmləndirilməsi üçün xüsusilə Rusiya 2006-cı ildə Belorusiyada iki diviziya S-300 PS zenit-raket kompleksi təşkil edəcək.Bunlarla Belorusiyanın Brest vilayətində yerləşmiş HHQ və ƏHQ-nin 115 briqadası təchiz ediləcək.

MDB müdafiə nazirləri Şurasının iclasında yeddi ölkənin hərbi idarə rəhbərləri - Rusiya, Azərbaycan, Ermənistan, Belorusiya, Qırğızıstan, Ukrayna, Tacikistan - iştirak edib. Özbəkistan və Qazaxıstandan nazir müavinləri iştirak edib. Moldova, Gürcüstan və Türkmənistan isə öz nümayəndə heyətini Moskvaya göndərməyib.

Xəbər lenti

Xəbər lenti