...

İsa Qəmbər "Bizim Azərbaycan" blokunun fövqəladə toplantısını keçirir

Siyasət Materials 1 Dekabr 2005 12:02 (UTC +04:00)

"Müsavat Partiyasının başqanı İsa Qəmbər dekabrın 1-də qərargahında "Bizim Azərbaycan" blokunun fövqəladə toplantısını keçirir". Bu barədə Trend ə adıçəkilən blokda təmsil olan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bildirib.

T.Abbaslı onu da bildirib ki, blokun noyabrın 30-da keçirilən toplantısında İsa Qəmbərin daimi sədrlikdən uzaqlaşdırılması məsələsi müzakirə ediləcəkdi: "Blokda təmsil olan partiyaların 70 faizi onun əleyhinədir. Ancaq müəyyən səbəblər üzündən blokun iclası dekabrın 4-də davam edəcək".

Partiya sədri onu da vurğulayıb ki, noyabrın 30-da iclasdan sonra İsa Qəmbər blok üzvlərinə müraciət edərək dekabrın 1-də onun yanında yığışmaları tapşırığını verib: "Mən həmin görüşdə iştirak etmirəm. Görünür, başqan bloka sədrlikdən uzaqlaşdırılması məsələsinə aydınlıq gətirməkdən ötrü yanında təcili toplantı keçirməyə qərar verib".

Xəbər lenti

Xəbər lenti