...

AŞPA-nın Azərbaycana seçkidən sonrakı missiyasının səfər proqramı açıqlanıb

Siyasət Materials 1 Dekabr 2005 12:15 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkidən sonrakı monitorinq missiyası dekabrın 1-də, axşam Bakıya səfərə gəlir. AŞ-nin Bakıdakı informasiya ofisində Trend ə bildirilib ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Andres Qross, eləcə də AŞ-nin Azərbaycanda noyabr seçkiləri üzrə müşahidə missiyasının rəhbəri, hollandiyalı parlamentari Leo Platvoetin birgünlük səfəri çərçivəsində bir sıra görüşlər keçiriləcək.

Xüsusilə respublikanın siyasi partiya rəhbərləri, o cümlədən "Azadlıq" və "YeS" müxalifət bloklarının liderləri, MSK sədri Məzahir Pənahov, AR Konstitutsiya məhkəməsinin sədri Fərhad Abdullayev və Azərbaycan prezidenti İcra aparatının rəhbəri Ramiz Mehdiyevlə danışıqlar aparılacaq.

Qeyd edək ki, bu səfərin yekunlarına əsasən məruzələr hazırlanacaq və dekabrın ortalarında AŞPA Monitorinq komitəsinin iclasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti