...

Yeni Azərbaycan Partiyasına keçən müxalifətçilərin sayı artır

Siyasət Materials 1 Dekabr 2005 13:00 (UTC +04:00)

"Müxalifətin 2005-ci il 26 noyabr tarixli mitinqində baş vermiş qarşıdurmadan sonra müxalifət partiyalarından hakim Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq istəyənlərin sayı artıb". Bu barədə Trend ə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

YAP səlahiyyətlisi qeyd edib ki, bu sırada Demokrat, Milli İstiqlal, Müsavat, Xalq Cəbhəsi və Vətəndaş Həmrəyliyi partiyaları üstünlük təşkil edir. Prosesin hələ də davam etdiyini bildirən H.Paşayev dəqiq məlumat söyləyə bilməyəcəyini qeyd edib: "Dekabrın 1-də günün birinci yarısında isə Ağsudan 18 müxalifətçi YAP-a üzv olmaq üçün bəyanat verib".

H.Paşayev belə bəyanatların müxalifət partiyalarının Samux, Tovuz və digər rayon təşkilatlarından da verildiyini əlavə edib.

Qeyd edək ki, noyabrın 26-da "Qələbə" meydanında baş vermiş qarşıdurmanın ssenarisinin müxalifət liderləri tərəfindən hazırlandığı və meydana toplaşan insanların qanının töküldüyünə məsuliyyət daşıdıqlarına görə onlarla bir yerdə olmaqdan imtina edən müxalifətçilər YAP-a keçmək qərarını veriblər.

Xəbər lenti

Xəbər lenti