...

Ukrayna prezidenti Azərbaycan-Ukrayna birgə komissiyasının yeni həmsədrini təyin edib

Siyasət Materials 1 Dekabr 2005 14:09 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun imzaladığı fərmanla ölkənin baş nazirinin 1-ci müavini Stanislav Staşevski Azərbaycan-Ukrayna hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri təyin olunub.

Bu barədə Trend ə eksklüziv olaraq Ukraynanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili İqor Kizima məlumat verib.

S.Staşevski mühəndis-elektirk, texniki elmlər namizədi, Ukraynanın əməkdar işaatçısı, Ukrayna İnşaat Akademiyasının həqiqi üzvü və nəhayət, "Bizim Ukrayna Xalq Birliyi" siyasi partiyasının üzvüdür. O, baş nazirin 1-ci müavini vəzifəsinə 2005-ci ilin sentyabrında təyin olunub. S.Staşevski bu postda hazırda Ukraynanın müdafiə və təhlükəsizlik katibi olan və Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının Ukrayna tərəfdən həmsədri olmuş Anatoli Kinaxı əvəz edib. İ.Kizimanın sözlərinə görə, yaxın vaxtlarda komissiyanın işini bərpa edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri baş nazirin 1-ci müavini Abbas Abbasovdur.

Xəbər lenti

Xəbər lenti