...

Müxalifət növbəti aksiyasını dekabrın 10-u və 17-də keçirəcək

Siyasət Materials 1 Dekabr 2005 14:14 (UTC +04:00)

"Müxalifətin Birləşmiş Mitinq Təşkilatının qərarına əsasən, dekabrın 10-u və 17-də "Qələbə" meydanında növbəti aksiyaların keçirilməsi qərara alınıb". Bu barədə Trend ə "Azadlıq" blokunun mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib.

N.İsmayılov qeyd edib ki, dekabrın 10-u həm də Beynəlxalq İnsan Haqları Günü olduğundan belə qərara alınıb: "Etiraz aksiyamızın əsas şüarı Azərbaycanda insan haqlarının qorunması ilə bağlı olacaq".

N.İsmayılov dekabrın 10-u və 17-nə planlaşdırılan mitinqlə bağlı Bakı meriyasına gələn həftə müraciət ediləcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti