...

Asim Mollazadə Estoniya parlamentində görüşlər keçirib

Siyasət Materials 1 Dekabr 2005 14:50 (UTC +04:00)

"Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Estoniya parlamentində görüşlər keçirib". Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, A.Mollazadə "Genişlənən Avropanın problemləri: Belorusiyanın gələcəyi" mövzusunda Avropa Birliyi və Estoniya Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfransda iştirak etmək üçün Tallindədir.

O, Estoniy parlamentinin Avropa məsələləri üzrə komitəsinin rəhbəri Kristina Ojuland ilə görüşündə Azərbaycanın Avropaya inteqrasiya məsələsi, Azərbaycanda keçirilən parlament seçkiləri və seçkilərdən sonrakı vəziyyət, ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri, Azərbaycan və Estoniyanın demokratik islahatlar partiyalarının əməkdaşlığı məsələlərini müzakirə edib. A.Mollazadə həmçinin Estoniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Marko Mihkelsonla da görüşüb.

Estoniyanın Xalq Partiyasının rəhbəri və AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi Andreas Herkellə görüşü zamanı isə Azərbaycanda seçkilərdən sonrakı vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə edilib.

Qeyd edəki ki, A,Mollazadə dekabrın 2-də AŞPA-nın Belorusiya üzrə məruzəçisi kimi "Genişlənən Avropanın problemləri: Belorusiyanın gələcəyi" mövzusunda keçirilən konfransda Belorusiyadakı vəziyyətlə bağlı çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti