...

Svante Kornell: ABŞ-ın Azərbaycana dair mövqeyi son iki seçki arasında dövrün təhlilinə əsaslanmalıdır

Siyasət Materials 1 Dekabr 2005 16:16 (UTC +04:00)

Rəsmi Vaşinqton Azərbaycanla bağlı mövqeyini formalaşdırarkən təkcə parlament seçkilərinin nəticələrinə deyil, son iki seçki arasındakı dövr ərzində bütün baş verən proseslərini təhlilinə saslanmalıdır. Trend in "Azərtac"a istinadən yaydığı məlumata görə, Vaşinqtondakı Heritec Fondundakı müzakirələr zamanı Mərkəzi Asiya və Qafqaz Universitetinin Tədqiqatlar İnstitutunun baş direktoru Con Hopkins və seçkilərin monitorinqində bilavasitə iştirak etmiş Svante Kornell bəyan edib.

"Birləşmiş Ştatlar Azərbaycandakı daxili siyasi vəziyyəti daha dərindən təhlil etməlidir", -deyə S. Kornell bildirib. O qeyd edib ki, ABŞ və digər beynəlxalq təşkilatlar islahatyönümlü qüvvələrlə, müxalifət düşərgəsində və hakimiyyətyönümlü dairələrdə iş aparmalıdırlar. Onun fikrincə, islahatlar birinci növbədə hüquq-mühafizə orqanlarında aparılmalıdır.

Sonra Heritec Fondunun aparıcı tədqiqatçıları Ariel Koen, Avropada Thəlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyanın beynəlxalq siyasət üzrə direktoru Ronald Mak-Namara Azərbaycanda seçki prosesinin monitorinqi barədə öz fikirlərini bildiriblər. Ümumi fikir səsvermə prosesinin normal keçməsindən ibarət olub. Prezident İlham Əliyevin seçki prosesini dəstəkləməsi ilə bağlı verdiyi bəyanatlara yüksək qiymət verilib. Bununla yanaşı qeyd olunub ki, bir sıra yerli idarəetmə orqanları seçki qanunvericiliyini pozublar və bu da Azərbaycanın beynəlxalq imicinə zərbə vurub.

Müzakirələrin iştirakçıları xüsusilə qeyd ediblər ki, Azərbaycanla münasibətdə sanksiyaların tətbiqilə bağlı çağırışlar respublikanın demokratik inkişafına mənfi təsir göstərər və belə addımların " istənilən ölkədə demokratiyanın bərpasını ləngidəcəyini" qeyd ediblər.

Tədqiqatçıların və ekspertlərin fikrincə, Ağ Ev Özbəkistanda yol verdiyi səhvləri təkrar etməməlidir. Azərbaycanın həm müxalifət, həm dəhakimiyyət yönümlü düşərgəsində müxtəlif mövqelər mövcuddur. Hakimiyyətyönümlü qüvvələr öz sıralarında həm prezident İ.Əliyevin rəhbərlik etdiyi islahat tərəfdarlarını, həm də sovet düşüncə tərzinə məxsus şəxsləri birləşdirir. Ona görə də, respublikadakı daxili siyasi vəziyyəti hakimiyyət və müxalifət prizmasından qəbul etmək düzgün deyil.

Xəbər lenti

Xəbər lenti