...

Azərbaycan prezidenti yeni çağırılmış parlamentin birinci iclasında iştirak edə bilər

Siyasət Materials 1 Dekabr 2005 16:31 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yeni çağırılmış parlamentin dekabrın 2-də keçiriləcək birinci iclasında iştirak edə bilər. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Aparatının mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, parlamentin birinci iclasına ənənəvi olaraq ən yaşlı deputat sədrlik edəcək. İclasda parlamentin sədri və onun müavinlərinin, daimi komissiyaların rəhbərləri və tərkibinin, hesablama intizam komissiyalarının sədr və üzvlərinin seçiləcəyi gözlənilir.

Milli Məclisin birinci iclasında hər hansı bir qanunvericilik aktı müzakirəyə çıxarılmır.

Xəbər lenti

Xəbər lenti