...

Andres Herkel: AŞPA-nın seçkisonu missiyası Azərbaycan üzrə məruzə hazırlamaq və bəyanat verməkdir

Siyasət Materials 1 Dekabr 2005 16:54 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıya bir günlük post-monitorinq missiyası dekabrın 15-də AŞQPA-nın Monitorinq Komitəsinin iclasında müzakirə etmək üçün hesabat hazırlayıb. Bu barədə Trend ə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel ekskluziv olaraq məlumat verib. O, Azərbaycanda parlament seçkilərində AŞ-nın rəhbəri olmuş digər həmməruzəçisi Andreas Qross və hollandiyalı parlamentari Leo Platvoyetlə dekabrın 2-də Bakıda bir sıra görüşlər keçirəcək.

"Səfərin yekunları üzrə ola bilər ki, bəyanat hazırlansın, Mən düşünürəm ki, dekabrın ortalarında Azərbaycandakı situasiyaya daha böyük vaxt ayırması mümkündür", -deyə A.Herkel bildirib. O, əlavə edib ki, Azərbaycanın Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayevlə görüşə böyük əhəmiyyət verir.

Eyni zamanda, AŞPA həmməruzəçisi Azərbaycanda bir gün deyil, bir neçə sutka olacağı barədə məlumat verib. Belə ki, o, Bakıydan Tbilisiyə gedərək orada Estoniya parlamentinin spikerini Gürcüstana səfəri zamanı müşaiyət edəcək Lakin Herkel bildirib ki, AŞPA məruzəçisi Andreas Qross Bakıdan şənbə günü(3 dekabr) yola düşəcək.

Qeyd edək ki, missiya bu gün (1 dekabr) axşam Bakıya gələcək. Səfər çərçivəsində respublikanın siyasi partiyalarının rəhbərlərilə, eləcə də "Azadlıq" və "YeS" bloklarının liderləri ilə, eləcə də MSK sədri Məzahir Pənahovla, KM-nin sədri Fərhad Abdullayev və prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti