...

Gəncədə ekoloji problemlərin həlli üçün yeni layihə həyata keçirilir

Siyasət Materials 1 Dekabr 2005 17:11 (UTC +04:00)

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin iclas zalında "Ətraf mühitin mühafizəsinin yerli fəaliyyət planı" layihəsinin təqdimat mərasimi olub. Təbdirdə şəhər İcra Hakimiyyəti orqanının əməkdaşları, bələdiyyələr, içtimayət nümayəndələri və Gürcüstandan "Qafqaz Ətraf Mühitin Mühafizə Mərkəzi"nin nümayəndələri iştirak edib. Layhiə 2003-cü ilin may ayından Cənubi Qafqazın 3 ölkəsində həyata keçirilir.

Burada Azərbaycandan Gəncə şəhəri, Gürcüstandan Kutayisi, Ermənistandan isə Ararat şəhərləri seçilib. Layihə Amerika Birləşmiş Ştatlarının Ətraf mühitin mühafizəsi fondunun və Hollandiya Krallığı hökümətinin birgə maliyyə dəstəyi hesabına həyata keçirilir. Layihədə Gəncə üçün əsas 6 ekaloci problemin həlli məsələsi nəzərdə tutulub. Bu istiqamətdə bələdiyyələr üçün 20 min dollar, QHT-lər üçün isə 12 min dollar məbləğində qrant ayrılıb.

Xəbər lenti

Xəbər lenti