...

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 3 dekabr aksiyasının "Motodrom"da keçirilməsinə icazə verib

Siyasət Materials 1 Dekabr 2005 17:48 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin dekabrın 3-ə planlaşdırdığı mitinqin "Qələbə" meydanında deyil, "Motodrom"da keçirilməsinə izacə verib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib.

O, bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 26 noyabrda keçirdiyi yürüş-mitinqdə baş vermiş qanun pozuntularını nəzərə alaraq, yenə həmin ünvanda, yəni "Qələbə" kinoteatrının qarşısındakı meydanda aksiya keçirilməsini məqsədəuyğun hesab etmir. Şəhər rəhbərliyi müxalifətçilərə cavab məktubunda 3 dekabrda saat 15.00-dan 17.00-dək Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin stadionunda (Motodrom) mitinq keçirməyi təklif edib.

Bakı Şəhər İcra Hakimiyyəti toplantının təşkilatçıları və iştirakçılarını qanunları pozmamağa, xoşagəlməz hadisə ilə nəticələnə biləcək hallara yol verməməyə çağırıb və xəbərdarlıq edib ki, əgər arzuolunmaz hadisəyə görə məsuliyyət aksiyaçıların üzərinə düşəcək. Bakı Şəhər İcra Hakimiyyəti həmçinin bəyan edib ki, mitinq iştirakçıları tərəfindən odlu və soyuq silah, Daş-kəsək, taxta parçaları, dəyənəklər, bədənə xəsarət yetirmək üçün istifadə olunan əşyalar, parltlayıcı maddələr, zəşərli, alışan maddələr gəzdirilməsi qadağandır.

Xəbər lenti

Xəbər lenti