...

Ənvər Əliyev: "Seçkinin nəticələrinə dair daha ciddi araşdırmalara ehtiyac var idi"

Siyasət Materials 1 Dekabr 2005 18:11 (UTC +04:00)

"Konstitusiya Məhkəməsinin elan etdiyi nəticənin siyasi qərar olduğu söyləmək hələ tezdir. Amma hesab edirəm ki, bu qərarla görülən işlər yarımçıq qaldı, çünki hələ çox ciddi araşdırmalara ehtiyac var idi". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ənvər Əliyev bildirib.

Qeyd edək ki, dekabrın 1-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 6 noyabr parlament seçkilərinin 115 dairə üzrə nəticələrinin təsdiqlənməsinə dair qərar çıxarıb.

Ənvər Əliyev bildirib ki, bəzi seçki dairələrində yol verilmiş çoxsaylı səhvlər düzəldilməli, nöqsanlar aradan qaldırılmalı idi. Onun fikrincə, obyektiv, hamı tərəfindən qəbul edilən bir parlamentin formalaşdırılması üçün çox ciddi işlər görülməli idi. Ə.Əliyev qeyd edib ki, araşdırmaların bu formada yekunlaşmasının obyektiv və subyektiv səbəbləri var: "Obyektiv səbəb odur ki, qısa müddət ərzində bu qədər nöqsanları araşdırıb başa çatdırmaq çox çətindir. Həmçinin hesab edirəm ki, siyasi mövqelər də öz gücünü göstərdi"-deyə Ə.Əliyev vurğulayıb.

MSK katibi Natiq Məmmədov isə bu fikirlərlə razılaşmayıb. O, Konstitusiya Məhkəməsinin qərarınını normal qarşıladığını deyib. N.Məmmədovun fikrincə, ali instansiya özünün araşdırmaları nəticəsində qərarını elan edib.

Xəbər lenti

Xəbər lenti