...

Prezidentin sərəncamından sonra 120 gün müddətində təkrar seçki keçiriləcək

Siyasət Materials 1 Dekabr 2005 19:53 (UTC +04:00)

Prezident müvafiq sərəncam verdikdən sonra 120 gün müddətində Azərbaycanda 10 seçki dairəsi üzrə təkrar parlament seçkisi keçiriləcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Qeyd edək ki, dekabrın 1-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 6 noyabr parlament seçkilərinin 115 dairə üzrə nəticələrinin təsdiqlənməsinə dair qərar çıxarıb. Qalan 10 dairədən 4-nün nəticələrini MSK, 6-nı isə Konstitusiya Məhkəməsi ləğv edib.

Həmin 10 dairə üzrə təkrar seçkilərdə əvvəlki seçki prosedurları tətbiq olunacaq, bu seçki də eyni qayda ilə keçiriləcək. Qanunun tələblərinə əsasən, Konstitusiya Məhkəməsinin nəticələri elan etməsindən sonra 60 gün müddətində ölkə prezidenti təkrar seçkilərə dair sərəncam verməlidir. Həmçinin parlamentə seçilmiş deputatların statusu ilə bir araya sığmayan məsələlər həll olunmalıdır. Bu araşdırmaların yekununda hansısa deputat öz mandatından məhrum edilə bilər. Məsələn, deputat seçilmiş şəxs bu mandatla uyğun gəlməyən vəzifədə çalışırsa, yaxud qanunda göstərilən başqa səbəblərə rast gəlinirsə, onun deputat statusu ləğv olunmalıdır.

Xəbər lenti

Xəbər lenti