...

"Azadlıq" bloku parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməyəcək

Siyasət Materials 2 Dekabr 2005 11:50 (UTC +04:00)

"Azadlıq" bloku parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməyəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində "Azadlıq" blokunun həmsədri Sərdar Cəlaloğlu açıqlama verib.

O bildirib ki, "Azadlıq" blokunun həm nəticələri ləğv olunmuş dailər üzrə keçiriləcək təkrar seçkilərdə, həm də parlamentdə mandat qazanmış namizədlər Milli Məclisdə iştirak etmək fikrində deyil. S.Cəlaloğlunun sözlərinə görə, "Azadlıq" bloku yaxın günlərdə bu barədə konkret qərarını verəcək.

ADP sədrinin birinci müavini onu da bildirib ki, "Azadlıq" bloku 6 noyabr parlament seçkilərinin elan olunmuş nəticələrini və Konstitusiya məhkəməsinin dekabrın 1-də çıxardığı qərarını tanımır.

Xəbər lenti

Xəbər lenti