...

"Yeni Siyasət" seçki bloku və AMİP dağılmaq üzrədir

Siyasət Materials 2 Dekabr 2005 12:34 (UTC +04:00)

"Yeni Siyasət" seçki bloku və Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) fəaliyyətlərini düzgün qurmayıb və seçki öncəsi bir sıra təxribatlarla məşğul olub". Trend xəbər verir ki, bu barədə dekabrın 2-də AMİP-in Salyan rayon təşkilat sədrinin müavini İbrahim Məmmədyarov adıçəkilən blok və təmsil olunduğu partiya sıralarından istefa verməsi ilə bağlı keçirdiyi mətbuat konfransında bəyan edib.

İ.Məmmədyarov qeyd edib ki, namizədliyi "Yeni Siyasət" seçki blokundan 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürülüb: "Lakin seçki təbliğatı dövründə mənə bu qurumdan heç bir yardım edilmədi. Seçkidə qələbə qazanan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını təbrik etdiyimə görə blok və təmsil olunduğum partiya rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldım".

İ.Məmmədyarov bu məsələlərə görə istefa verdiyini bildirib: "Artıq hər iki təşkilat dağılmaq ərəfəsindədir". Mətbuat konfransı keçirən şəxs onu da qeyd edib ki, 1992-ci ildən müxalifətdə olan bir şəxs kimi bu düşərgənin xalq üçün heç nə edə bilməyəcəyi qənaətindədir.

Xəbər lenti

Xəbər lenti