...

Avropa Birliyi Azərbaycan müxalifətinin 26 noyabr aksiyası ilə bağlı bəyanatla çıxış edib

Siyasət Materials 2 Dekabr 2005 12:52 (UTC +04:00)

Avropa Birliyi Azərbaycan müxalifətinin 26 noyabr aksiyası zamanı polis tərəfindən zorakalığın tətbiq olunmasından dərin narahatlıq ifadə edən bəyanatla çıxış edib. Trend in xəbər verdiyi kimi, bəyanatda bildirilir ki, aksiya iştirakçıları azad toplaşmaq və söz azadlığı hüququnu həyata keçiriblər.

AB qeyd edib ki, təhlükəsizlik qüvvələri güc tətbiq edərəkən heç bir xəbərdarlıq etməyib və izdihamı dinc yolla dağıtmaq üçün heç bir cəhd göstərməyib.

AB bu məsələ ilə bağlı araşdırma aparmaq və müvafiq tədbirlər görmək üçün Azərbaycan hökumətinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti