...

Müxalifət partiyalarından 117 nəfər istefa verib

Siyasət Materials 2 Dekabr 2005 13:27 (UTC +04:00)

"Müxalifət partiyalarının Salyan və İmişli rayon təşkilatlarından ümumilikdə 117 nəfər partiya sıralarından istefa verib". Trend xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidməti partiyanın Salyan rayon təşkilatından üç üzvünün çıxdığı barədə xəbəri təsdiqləyib.

Hakim Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə Trend ə bildirib ki, Azərbaycan Xalq Cəbhəsi, Müsavat və ADP-nin İmişli rayon təşkilatlarından 114 nəfər istefa verərək YAP-a üzv olmaq istəyi ilə onlara müraciət edib.

Müxalifət partiyalarını tərk edənlər noyabrın 26-da "Qələbə" meydanında keçirilən mitinqdə baş vermiş qarşıdurmada müxalifət liderlərinin məsuliyyət daşıdıqlarını bəyan ediblər. Onlar bildiriblər ki, müxalifət liderlərinin ölkədə sabitliyi pozmaq cəhdləri əbəsdir.

Xəbər lenti

Xəbər lenti