...

Misirdə Azərbaycan və Misir iş adamlarının biznes-forumu keçiriləcək

Siyasət Materials 2 Dekabr 2005 13:34 (UTC +04:00)

Qahirədə Azərbaycan və Misirin iş adamlarının iştirakı ilə biznes-forumu keçiriləcək.

Biznes-forumun dekabrın 25-26-da Qahirədə keçiriləcək İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyasının 2-ci iclası çərçivəsində keçirilməsi planlaşdırılır. Hazırda səfirlik qarşıdakı biznes-foruma hazırldıq işləri aparılır. Forumda birbaşa işgüzar əlaqələrin yaradılması imkanlarına baxılacaq və investisiyalaşma və digər məsələlər öyrəniləcək.

Hökumətlərarası komissiyanın iclasının gedişində iki ölkənin ekspertləri arasında əvvəlcədən razılaşdırılmış 20-yə yaxın məsələnin müzakirəsi gözlənilir. Eləcə də, Azərbaycan və Misir arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə bir sıra ikitərəfli sənədlərin layihələri hazırlanıb və həmin sənədlərin komissiyaya baxılmaq üçün təqdim olunub. Sənədlər kənd təsərrüfatı, ticarət, sənaye, mədəniyyət və digər sahələri əhatə edir. Sənədlərin böyük hissəsi artıq təsdiqlənib, ayrı-ayrı bəndlərdə dəyişiklik ediləcək.

Misir tərəfdən komissiyanın həmsədri xarici əlaqələr üzrə nazir Faizə Əbul Nəqadır.

Azərbaycan tərəfdən komissiyaya iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik edəcəyi gözlənilir. Xatırladaq ki, əvvəllər komissiyaya keçmiş iqtisadi inkişafı naziri Fərhad Əliyev rəhbərlik edirdi.

Xəbər lenti

Xəbər lenti