...

Avropa Şurasının nümayəndələri Lalə Şövkətlə görüşüb

Siyasət Materials 2 Dekabr 2005 13:54 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurasının nümayəndələri dekabrın 2-də "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkətlə görüşüblər. Trend xəbər verir ki, görüş Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisində keçirilib.

Görüşdə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross, Andres Herkel, Avropa Şurasının Azərbaycandakı seçkiləri müşahidə qrupunun rəhbəri Leo Platvod iştirak ediblər. Tərəflər arasında Azərbaycandakı ictimai-siyasi vəziyyət, seçkidən sonrakı durum, 6 noyabr parlament seçkilərinin nəticələri barədə müzakirələr aparılıb. Lalə Şövkət seçkinin nəticələri ilə bağlı mövqeyini, deputat mandatından imtina etməsini, müxalifətin keçirdiyi kütləvi aksyialara maneələr törədilməsi və digər məsələlərlə bağlı fikirlərini Avropa Şurası nümayəndələrinin diqqətinə çatdırıb. O, həmçinin, Konstitusiya Məhkəməsinin seçkinin nəticələrinə dair çıxardığı qərarla bağlı mövqeyi barədə də məlumat verib.

Xəbər lenti

Xəbər lenti