...

Oqtay Əsədov Milli Məclisin yeni sədri seçilib

Siyasət Materials 2 Dekabr 2005 14:28 (UTC +04:00)
Oqtay Əsədov Milli Məclisin yeni sədri seçilib

Dekabrın 2-də Oqtay Əsədov Azərbaycan Respublikasının Milli Məclisinin yeni sədri seçilib. Trend xəbər verir ki, o, yeni tərkibdə Milli Məclisin dekabrın 2-də keçirilən ilk iclasında gizli səsvermə yolu ilə parlamentin spikeri seçilib.

İclasda Milli Məclisin sədri vəzifəsinə yalnız Oqtay Əsədovun namizədliyi səsə qoyulub. Gizli səsvermədə O.Əsədovun lehinə 105, əleyhinə 1 nəfər səs verib.

Oqtay Sabir oğlu Əsədov 1955-ci il yanvarın 3-də Ermənistanın Qafan rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir. 1996-cı ildən "Abşeron" Regional Su Səhmdar Cəmiyyətinin prezidenti, 2005-ci ildən isə "Azərsu" Səhmdar cəmiyyətinin sədridir. 2000-ci ildən Milli Məclisin deputatıdır. Ailəlidir, iki övladı var.

6 noyabr 2005-ci il parlament seçkilərində 45 saylı Abşeron seçki dairəsindən 53,46 faiz səs çoxluğu ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti