...

Müxalifət partiyaları İsa Qəmbərin Xalq Məclisi təklifini dəstəkləmir

Siyasət Materials 2 Dekabr 2005 14:54 (UTC +04:00)

"Müsavat Partiyasının sədri İsa Qəmbər 12 ildir heç nəyi reallaşdıra bilməyib, bundan sonra da reallaşdırmayacaq, çünki buna qadir deyil". Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) katibi Tofiq Əhmədov Müsavat başqanının parlament seçkilərində səs toplaya bilməyən namizədlərdən ibarət Xalq Məclisinin yaradılması təklifinə münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, "Azadlıq" blokunun iclaslarının birində bu təkliflə çıxış edən İsa Qəmbər Xalq Məclisinin Milli Məclisə alternativ olacağını bildirib.

"Bizim Azərbaycan" blokunda təmsil olan partiyaların əksəriyyəti də başqanın bu təklifinin reallaşarsa belə heç bir effekt verməyəcəyini qeyd ediblər. Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan bildirib ki, İsa Qəmbər yalnız ətrafında Xalq Məclisini formalaşdıra bilər: "Ancaq qəbul edəcəyi qərarın xalqa heç bir aidiyyəti olmayacaqsa, bu barədə fikirləşməyə dəyməz".

Müxalifətdən olan digər partiyalar - Liberal Demokrat, Vəhdət, İslam, Kommunist partiyaları bu təklifin absurd olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti