2003-cü ilin 15-16 oktyabr hadisələrindən sonra həbs olunan və işgəncələrə məruz qalan şəxslərin Avropa Məhkəməsində şikayətlərinə baxılmasına başlanılıb. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.
Bildirilib ki, 15-16 oktyabr hadisələrinə görə həbs olunmuş liderlərdən biri - Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlunun şikayətinə Avropa Məhkəməsində pioritet qaydada baxılıb. Buna görə də S.Cəlaloğlunun şikayəti ilə bağlı Avropa Məhkəməsi Azərbaycan hakimiyyətinə sorğu göndərib.