...

Bir neçə müxalifətçi deputat üçüncü çağırış Milli Məclisi boykot etdi`

Siyasət Materials 2 Dekabr 2005 17:15 (UTC +04:00)

Müxalifəti təmsil edən "Azadlıq" blokunun və "Milli Birlik" Hərəkatının seçkidə qalib gəlmiş 6 nəfər nümayəndəsi üçüncü çağırış Milli Məclisin ilk iclasında iştirak etmədilər. Trend in məlumatına görə, "Azadlıq" blokunun deputat seçilmiş üzvləri Pənah Hüseyn, İkram İsrafilov, Həsib Həsibli, Arzu Səmədbəyli, Cəmil Həsənli, həmçinin Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deputat statuslarından imtina etdikləri üçün iclasa qatılmadılar.

Lakin 6 noyabr seçkisinin nəticələrini qəbul edən digər müxalifətçilər isə yeni tərkibli Milli Məclisin dekabrın 2-də keçirilən iclasında iştirak ediblər. "Yeni Siyasət" blokunun üzvləri Vahid Əhmədov və Əli Məsimli, "Ümid" Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deputat statuslarını icra edərək parlamentin işində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti