...

Turan Moralı: Azərbaycanın Şimali Kiprlə əlaqələrinin inkişafını qadağan etməyə heç kimin haqqı yoxdur

Siyasət Materials 2 Dekabr 2005 17:21 (UTC +04:00)

Heç kim Azərbaycana Şimali Kir Türk Respublikası (ŞKTR) ilə mədəni və iqtisadi əlaqələrin inkişafını qadağan edə bilməz. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı Azərbaycanla ŞKTR arasında qarşılıqlı əlaqələrin inkişafı üzrə mövqeyini ifadə edərkən bildirib.

"Mən rəsmi Bakının Kipr türkləri ilə əlaqələrin inkişafından imtina edəcəyini düşünmürəm", -deyə T. Moralı bildirib. O qeyd edib ki, Kiprin yunan icması Bakı ilə Şimali Kipr arasında əlaqələrin kəsilməsinə nail olmaq məqsədilə Azərbaycanın şantaj edir.

Eləcə də, diplomatın sözlərinə görə, Nikosiyanın mənfi mövqeyi Avropa Birliyinin "Yeni Qonşuluq" siyasəti proqramının reallaşdırılmasına təsir göstərir. Azərbaycanın Avropa cəmiyyətinə inteqrasiyası üzrə büğün maneələrin tədricən aradan qaldırılacağını bildirən diplomat AB və BMT-nin dəfələrlə Şimali Kiprin beynəlxalq tədricinin aradan qaldırılmasının zəruri olduğunu dəfələrlə bəyan etdiklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti