...

Azərbaycanın xarici işlər naziri Kiyev forumunda Azərbaycanın demokratik inkişafının tezislərini açıqlayıb

Siyasət Materials 2 Dekabr 2005 17:36 (UTC +04:00)

Azərbaycanın inkişaf kursunun əsas xətti ölkənin demokratik və iqtisadi inkişafıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 2-də Kiyevdə keçirilən "Dünyanın demokratik cəmiyyəti" beynəlxalq forumunda çıxış edərkən bəyan edib. Bu barədə Trend ə Azərbaycanın Ukraynadakı səfirliyinin birinci müşaviri Səbuhi Temirov bildirib.

Onun sözlərinə görə, E.Məmmədyarov forum iştirakçılarının diqqətini Azərbaycan rəhbərliyinin ölkədə demokratik institutların və dəyərplərin bərpasına yönəlmiş addımlara, demokratik dəyərlərin inkişaf etməsinə şərait yaradan mövcud iqtisadi inkişafa yönəldib. Nazir həmçinin, "nəzarət altında olmayan ərazilərin" həmin ərazilərdə demokratiyanın bərpasına vurduğu ziyanı da qeyd edib. Nazirin sözlərinə görə, təcavüzkar separatizm və buradan yaranan digər çağırışlar demokratik proseslərin inkişafına mənfi təsir göstərir.

S.Memirovun sözlərinə görə, nazir Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini və bu yolla da irəliləyəcəyini bəyan edib. Azərbaycanın XİN rəhbəri öz çıxışında GUAM-ın fəaliyyətinə, təşkilatın regionda demokratik proseslərin sürətlənməsində roluna xüsusi əhəmiyyət verib.

Xəbər lenti

Xəbər lenti