...

Birləşmiş Ştatlar Konstitusiya Məhkəməsinin son qərarını alqışlayır

Siyasət Materials 2 Dekabr 2005 18:04 (UTC +04:00)

Birləşmiş Ştatlar Azərbaycanın Konstitusiya Məhkəməsinin (KM) noyabrın 6-da səsvermə zamanı Seçki Məcəlləsində pozuntuların qeydə alındığı seçki dairələrində səsvermənin nətilərinin ləğv edilməsilə bağlı son qərarını alqışlayıb. Trend in məlumatına görə, bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin press-relizində bildirilib.

Bəyanatda bildiliri ki, Azərbaycanın KM saxtakarlıq faktları üzrə informasiyaları araşdırıb və bunun nəticəsində bir seçki dairəsində səsvermənin nəticələri dəyişdirilib, 10 dairədə və yüzlərlə seçki məntəqəsində isə onlar tam ləğv edilib. " Biz bu addımların mühüm olduğuna və seçki prosesinə etimadın artmasına yardım edəcəyinə inanırıq. Azərbaycan hakimiyyətini Seçki Məcəlləsini pozan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsində fəallıq göstərməsinə çağırırıq", -deyə bəyanatda bildirilir.

Eyni zamanda, bəyanatda Azərbaycanın DİN və polisi sərbəst toplaşma azadlığı hüququna hörmətlə yanaşmağa çağırılır. ABŞ həmçinin, Azərbaycan hakimiyyətini beynəlxalq standartlara müvafiq səsvermənin nəticələrinin ləğv olunduğu dairələrdə tez bir zamanda təkrar seçkilərin keçirilməsini təmin etməyə çağırıb.

"ABŞ səbirsizliklə Azərbaycan hökuməti və parlamentilə genişləndirilmiş işləri gözləyir. Bütün siyasi partiyaların və müstəqil namizədlərin səsinin eşidildiyi parlament Azərbaycandakı bütün demokratik institutların möhkəmlənməsinə yardım edəcək", -deyə sənəddə bildirilir.

Xəbər lenti

Xəbər lenti