...

Estoniyalı nazir beynəlxalq qurumları Azərbaycan torpaqlarının işğaldan azad olunmasına çağırıb

Siyasət Materials 2 Dekabr 2005 18:30 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə dekabrın 2-də Tallində Estoniyanın əhali üzrə naziri Paul Erik Rummo ilə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycandakı vəziyyət, Azərbaycan-Estoniya münasibətləri, Qarabağ problemi barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı A.Mollazadə Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərindən qaçqın düşmüş azərbaycanlıların adından, ölkəmizin ərazi bütövlüyünə dair bəyanatla çıxış etdiyinə görə P.E.Rummoya minnətdarlığını bildirib.

Qeyd edək ki, həmin gün nazirlə görüşdən əvvəl Asim Mollazadə Avropa Birliyi və Estoniya Xarici İşlər Nazirliyinin təşkil etdiyi "Genişlənən Avropanın problemləri: Belorusiyanın gələcəyi" mövzusunda keçirilən konfransda iştirak edib. DİP sədri bu konfransda Belorusiyadakı vəziyyətlə bağlı çıxış edib. Bu tədbirdə Estoniyanın əhali naziri çıxış edərək azərbaycanlı qaçqınların dözülməz vəziyyətdə yaşadığını bildirib, Azərbaycanın ərazi bütövlyünün bərpasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq qurumları Azərbaycan torpaqlarının işğaldan azad olunması və qaçqınların öz yurd-yuvalarına dönməsi üçün lazımi addımlar atmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti