...

Aydın Mirzəzadə: "AŞPA-da Azərbaycanın mandatının təsdiqlənməyəcəyi barədə gedən söhbətlər əsassızdır"

Siyasət Materials 3 Dekabr 2005 12:40 (UTC +04:00)

"Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasında (AŞPA) böyük nüfuza malik olduğundan mandatının təsdiqlənməyəcəyi barədə gedən söhbətlər əsassızdır". Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Xatırladaq ki, "Azadlıq" blokunun liderləri AŞPA-nın qış sessiyasında Azərbaycanın nümayəndə heyətinin mandatının təsdiqlənməyəcəyini bəyan edərək parlament seçkilərinin saxtalaşdırılmasını əsas gətiriblər.

A.Mirzəzadə isə bildirib ki, ümumiyyətlə, AŞPA-nın fəaliyyəti dövründə belə bir hadisə baş verməyib: "Azərbaycan nümayəndə heyəti qurumun işində çox fəaldır. Avropa Şurası dövlətimizlə əməkdaşlığını genişləndirmək fikrində olduğu bir halda mandatın təsdiqlənməyəcəyi məsələsi gündəmə çıxarıla bilməz. Ola bilər ki, AŞPA-da Azərbaycan müxalifətinə yaxın olan hansısa deputat bu məsələni qaldırsın. Lakin bu da bizim müxalifətin istəyini reallaşdırmayacaq".

Millət vəkili onu da qeyd edib ki, bu məsələnin reallaşması üçün qurumun monitorinq komitəsinin, baş katibin və prezidentin rəyi əsas götürülür: "Həmin şəxslərin isə Azərbaycanla bağlı müsbət fikirləri var".

Xəbər lenti

Xəbər lenti