...

ABŞ Dövlət Departamenti Azərbaycanda parlament seçkilərinin yekunları ilə bağlı yeni bəyanat verib

Siyasət Materials 3 Dekabr 2005 13:14 (UTC +04:00)

Birləşmiş Ştatlar Azərbaycan prezidenti İlham Əliyevin seçkidəki çatışmamazlıqları aradan qaldırmaqla bağlı səylərini dəstəkləyir. Lakin dinc nümayişçilərə qarşı polisini zorakılığını pisləyir. Trend in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, ABŞ-ın ATƏT-dəki səfiri (Avstriya) Culi Finli seçkidən sonrakı müsbət səyləri sadalayaraq "ABŞ hökumətinin prezident İlham Əliyevin və onun hökumətinin hüquq pozuntularının aradan qaldırılması ilə bağlı gördüyü tədbirləri, onları təhlil etməyi və beynəlxalq müşahidəçilər missiyasının təqdim etdiyi məlumatlara cavab verməklə bağlı atdığı addımları dəstəkləyir".

Müsbət tədbirlər kimi o, seçkilərinin nəticələrinin ləğv edildiyi dairələrdə təkrar səsvermənin keçirəcəyi barədə vədləri, üç məmurun yerli hakimiyyət orqanlarından qovulmasını və Azərbaycanını Baş prokurorluğu tərəfindən Seki Məcəlləsinin pozulması faktları üzrə ən azı 15 cinayət işinin açıldığını qeyd edib."Biz qarşıda hələ görüləsi işlərin çox olduğuna baxmayaraq, bu işlərin seçkilərdəki problemlərin aradan qaldırılması yolunda ilk mühüm addımlar olacağına inanırıq" -deyə ABŞ-ın ATƏT-dəki nümayəndəsi bildirib.

"Birləşmiş Ştatlar polisin sərbəst toplaşma azablığı hüququndan istifadə edən müxalifətin "Azadlıq" blokunun tərəfdarlarına qarşı həddindən artıq qüvvə tətbiq etməsi faktları ilə əlaqədar çox narahat və çaşqındır", -deyə sənəddə bildirilir.

Xatırladılır ki, "Birləşmiş Ştatlar Azərbaycanda noyabrın 6-da keçirilən parlament seçkilərinin bir sıra sahələrdə əvvəlki seçkilərlə müqayisədə təkmilləşmə nümayiş etdirməsinə inamını ifadə edir. Lakin rəsmi Vaşinqton seçkilərin bir çox beynəlxalq standartlara cavab verməməsi ilə bağlı beynəlxalq müşahidəçilərin mövqelərini də bölüşür".

"Birləşmiş Ştatlar qətiyyətlə əsaslandırılmamış güc tətbiqini pisləyir" -deyə Finli bildirib və "noyabrın 26-da vətəndaşların sərbəst toplaşma və öz fikrini ifadə etmə azadlığı, eləcə də ATƏT-in əsas prinsipləri pozulub"-deyə əlavə edib. "Biz Azərbaycan hakimiyyətini insidentləri araşdırmağa və buna görə məsuliyyət daşıyan şəxslərin cəzalanedırılmasına çağırır", -deyə amerikalı diplomat bildirib.

Sonda o, Azərbaycan vətəndaşlarını və respublika hökumətini seçkidən sonrakı dövrdə sakitliyə və təmkinli olmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti