...

Nursultan Nazarbayev Bakıda səs verən Qazaxıstan vətəndaşlarının 100 % səsini toplayıb

Siyasət Materials 5 Dekabr 2005 15:14 (UTC +04:00)
Nursultan Nazarbayev Bakıda səs verən Qazaxıstan vətəndaşlarının 100 % səsini toplayıb

Azərbaycanda yaşayan Qazaxıstanın seçici vətəndaşlarının 100 %-i dekabrın 4-də keçirilən prezident seçkilərində Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayevə səs verib. Trend bildirir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov seçkilərin yekunları üzrə keçirilmiş mətbuat konfransında bu barədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bakıda səfirliyin əməkdaşları və onların ailə üzvləri, eləcə də bu respublikanın həmin gün müvəqqəti Azərbaycanda olan vətəndaşları üçün təşkil edilmiş seçki məntəqəsində 63 nəfər iştirak edib və onların hamısı N.Nazarbayevə səs verib.

Səfirin sözlərinə görə, Qazaxıstan MSK-nın ilkin məlumatına görə, seçici bülletenlərinin nəticələri və səslərin ilkin hesablanmasına görə, Qazaxıstanda keçirilən prezident seçkilərində 91% səs toplayan N.Nazarbayev qələbə qazanıb. Səfir bildirib ki, MSK seçkilərin rəsmi nəticələrini 10 gündən sonra elan edəcək.

Xatırladırıq ki, qalan namizədlər 38%-dən 6,64%-dək seçici səsi qazanıb. A.Şukputovun sözlərinə görə, Exit-poll-un nəticələri də Nazarbayevin qələbəsini sübut edir, burada o, bütün səslərin 83%-ni qazanıb. Nazarbayevin qələbəsinin "qazaxıstan xalqının rifah" səviyyəsi, uğurlu siyasi və iqtisadi siyasətlə bağlı olduğunu qeyd edib.

Səfirin sözlərinə görə, inauqurasiya mərasimi yanvarın 10-na təyin edilib və burada bir çox ölkələrin, o cümlədən Azərbaycanın dövlət və hökumət başçıları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti