...

10 müxalifət partiyası əlavə seçkilərdə iştirak edəcək

Siyasət Materials 5 Dekabr 2005 15:17 (UTC +04:00)

10-a yaxın müxalifət partiyasının sədri əlavə seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Bu barədə Trend ə İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bildirib.

Qeyd edək ki, bu sıraya Türk Millətçi, İslam Demokrat, Xalq Azadlıq, Birlik, Xalq Qurtuluş, Azad Azərbaycan, Demokratik Şəxsiyyətlər, Yaşıllar, Yeni Turan, Demokratik Sosialist Xalq partiyaları daxildir.

T.Abbaslı onu da bildirib ki, onlar "Azadlıq" bloku liderlərinin əlavə seçkilərə qatılmamaq barədə müxalifət düşərgəsinə müraciətlərini qəbul etməyiblər: "Onlar əlavə seçkilərdə yenidən məğlub olacaqlarını düşünüb buna getmirlər. Biz isə hələ ümidimizi itirməmişik".

Xəbər lenti

Xəbər lenti