...

Çinin Azərbaycandakı yeni səfiri gələn həftə Bakıya gələcək

Siyasət Materials 5 Dekabr 2005 16:22 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) Azərbaycana yeni təyin edilmiş səfiri Can Hay Co gələn həftə Bakıda olacaq. Bu barədə Trend ə ÇXR-nin Azərbaycandakı səfirliyinin müşaviri Sun Veydun bildirib.

Müşavirin sözlərinə görə, C.Ş.Co ÇXR-nin Azərbaycandakı beşinci səfiridir. Müşavir həm də bildirib ki, yeni səfir təcrübəli diplomatdır. Azərbaycana təyin edilənədək o, ÇXR XİN-in Şərqi Avropa və Mərkəzi Asiya departamentinin direktor müavini işləyib. Azərbaycan onun səfir kimi işləyəcəyi ilk ölkədir.

Qeyd edək ki, ondan öncəki səfir Çan Siyun Azərbaycanda diplomatik missiyasının başa çatması ilə əlaqədar olaraq oktyabrın əvvəlində ölkəni tərk edib.

Xəbər lenti

Xəbər lenti