...

Dmitri Rupel: 2005-ci ildə görülən işlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ümidləri artırır

Siyasət Materials 5 Dekabr 2005 16:52 (UTC +04:00)
Dmitri Rupel: 2005-ci ildə görülən işlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ümidləri artırır

2005-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bir sıra addımlar atılıb. Faktların araşdırılması üzrə missiya işğal olunmuş ərazilərdə işlər aparıb, eləcə də Azərbaycan və Ermənistan prezidentləri ilç yüksək səviyyədə görüşlər keçirib. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ümidləri artırır. Trend in məlumatına görə, bu barədə dekabrın 5 -də Vyanada ATƏT-in fəaliyyətdə olan sədri, Sloveniyanın XİN-nin rəhbəri Dmitri Rupel bəyan edib.

"Biz ümid edirik ki, bu nizamlanma prosesi Cənubi Qafqazda geniş siyasi sabitliklə uyğunlaşacaq", - deyə Sloveniya XİN-nin bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 6 noyabr parlament seçkilərinin ardınca sabitlik və islahatlar müşahidə olunacaq. "Seçkilərin gedişində, irəliləyişlərlə bağlı, ATƏT-in bir sıra mühüm standarlarının yerinə yetirilməməsi faktları da qeydə alınıb. Hazırda Azərbaycan üçün bu tövsiyyələrə müvafiq olaraq pozuntu faktlarını aradan qaldırmaqdır", -deyə ATƏT-in hazırki fəaliyyətdə olan sədri bildirib.

Xəbər lenti

Xəbər lenti