...

Azərbaycan prezidenti finlandiyalı həmkarını təbrik edib

Siyasət Materials 5 Dekabr 2005 19:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Finlandiya prezidenti Tarya Halonenə təbrik məktubu göndərib. Trend in məlumatına əsasən, məktubda milli bayram- Müstəqillik günü münasibətilə təbrik bildirilir.

"Azərbaycan ilə Finlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bu yaxınlarda ölkəmizə etdiyiniz səfər, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və ətraflı fikir mübadiləsi, imzalanan ikitərəfli sazişlər əməkdaşlığımızın inkişafında böyük rol oynayacaq" -deyə məktubda qeyd olunur.


Xəbər lenti

Xəbər lenti