...

Ədliyyə nazirinin müavini Toğrul Musayev Vaşinqtondan işgüzar səfərdən qayıdıb

Siyasət Materials 5 Dekabr 2005 19:57 (UTC +04:00)

Ədliyyə nazirinin müavini Toğrul Musayev Vaşinqtondan işgüzar səfərdən qayıdıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə məlumat verib.

Səfərin məqsədi noyabrın 29-da Vaşinqtonda Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti 11-ci iclasında iştirak etmək olub. T.Musayev iclasdakı çıxışında Azərbaycanda korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq islahatları, yeni qanunvericilik əsasında məhkəmə fəaliyyətinin təkmişlləşdiriməsi, hakimlərin müstəqilliyinin artırılması, cəmiyyətdə məhkəmələrin rolunun daha da gücləndirilməsi sahəsində görülən işlərdən danışıb.

Həmçinin nazir müavini çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycanda beynəlxlaq konvennsiyalara uyğun mükəmməl hüquqi bazanın formalaşdırılması, nüfuzlu beynəlxlaq təşkilatların rəyi nəzərə alınmaşla işlənilmiş müvafiq qanun layihələrinin artıq hazır olması barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Görüşdə həmçinin Baş Prokurorluğun Korrupsiya ilə mübarizə idarəsi tərəfindən qısa müddətdə görülən işlər ətrafında da müzakirələr aparılıb və İdarənin işi müsbət qiymətləndirilib.

Eyni zamanda hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Prezidentinin təşəbbüsü əsasında qeydiyyat müddətinin qısaldılması və ümumən, bu prosedurun maksimum sadələşdirilməsi diqqətə çatdırılıb. Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə görülən işlər və bu sahədə meydana çıxan problemlərin həlli məsələsi müzakirə obyekti olub.

Xəbər lenti

Xəbər lenti